Azərbaycanda 2 yaşlı koronavirus xəstəsi var

“Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı artsa, bizi çox ağır nəticələr gözləyə bilər”.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Ramin Bayramlının sözlərinə görə yanaşı gedən xəstəliyi olanlar süni tənəffüs cihazına qoşulanda bu, septik vəziyyətə və orqan çatışmazlığına səbəb olur:

“Yeni yoluxan 105 nəfər arasında aldığım son məlumata görə, vəziyyəti həddindən artıq kritik olan, yanaşı gedən onkoloji xəstəliyi olan yaşlı bir qadın var. 2 yaşdan 89-90 yaş aralığında dəyişən xəstələrimiz var. Gənc xəstələrdən də xəstəliyi ağır keçirənlər var”.