Azərbaycanda 2028-ci ilədək içməli su təminatı 85 faizə çatdırılacaq

Azərbaycanda 2027-ci ilin sonunadək şirin su ehtiyatlarının artırılması məqsədilə dörd yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 %-ə çatdırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, suvarma suyu təminatı isə 90 %-ə çatdırılacaq, alternativ su mənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin 100 %-ə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 %-ə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 %-ə qədər azaldılmasına nail olunacaq.

Bildirilir ki, suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuz müdaxilələrin qarşısının alınması nəzərdə tutulur.

Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 %-ə çatdırılacaq.

Sanitariya xidmətləri ilə əhatə olunan ərazilərin xüsusi çəkisi isə 43 %-ə çatdırılacaq.

COP29