Şəkidə 22 yaşlı oğlan itkin düşüb.
Yenicag.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Şəki şəhər sakini Fərman Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb.
Evdən çıxanda əynində qara rəngli gödəkçə, cins şalvar və qəhvəyi rəngli köynək olub. Boyu 160 sm, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.