Bərdədə 20 tondan çox yararsız ət aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifələrini icra edən Azər Süleymanov bildirib ki, yararsız ət Bərdədə iki böyük stasionar kamerada aşkarlanıb.
O bildirib ki, eyni zamanda Bakının Qaradağ rayonu ərazisində saxlanılan, Bərdədən gələn avtomaşının içərisində mənşəyi məlum olmayan 5 ton ət aşkar edilib.
A. Süleymanov qeyd edib ki, aşkarlanan 25 tondan çox ətdən nümunələr götürülür(APA).