Azərbaycanda 250 min uşaq məhv edilib – Dəhşətli statistika

32198“2014-cü ildə Azərbaycanda 27 min 220 abort qeydə alınıb. Onların arasında selektiv abort etdirənlər üstünlük təşkil edir. 10 ildə 250 mindən çox vətəndaş itirmişik”.

Bunu Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov deyib.

Onun sölərinə görə, hazırda özündə 20 illiyi əks etdirən Uşaq Məcəlləsi hazırlanıb: “Bu, Azərbaycanda uşaq hüquqlarının hamısını özündə birləşdirən sənəd olacaq. Həmin məcəllədə uşaqların hüquqlarını müdafiə edən bütün qanunlar öz əksini tapacaq. Uşaqların əmək hüqüqları, yaşamaq, inkişaf etmək hüquqları öz əksini tapacaq”.

E.Səfərov bildirib ki, artıq həmin layihələr hazırdır və müfaviq qurumlara təqdim olunub: “Hazırda müvafiq qurumlardan cavab gözləyirik. Ola bilər ki layihəyə düzəlişlər olunsun”.(Azvision)