Azərbaycanda 26 yaşlı oğlan sirkə turşusu içərək özünü öldürdü

Salyanda 26 yaşlı oğlan sirkə turşusu içərək intihar edib.

Yenicag.az xəbər verir ki, Xalac kənd sakini Müşfiq Əkbərov xəstəxanada ölüb.

Məlumata görə, Müşfiq Əkbərov bir neçə il əvvəl də intihara cəhd edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.