Gənc müğənni Jalə Əliqi vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial media hesabında yazıb. Bildirilib ki, ifaçı bu gün dünyasını dəyişib.
H.Nuran Axşam.az-a açıqlamasında 28 yaşlı müğənninin qəflətən vəfat etdiyini bildirib:
“Bir müddət əvvəl səhhətində problem yaranmışdı. Türkiyəyə müalicəyə aparıblar. Qayıdıb gəlmişdi. Qəfildən dünyasını dəyişib”.
Qeyd edək ki, Jalə 1994-cü ildə Naxçıvanda dünyaya gəlib.