Azərbaycanda 3.9 bal gücündə zəlzələ oldu

Azərbaycanda 3,9 maqnitudada zəlzələ olub.

Bu barədə Yenicag.az-a  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 km cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.