“Gilavar” idman klubunun üzvü olan 3 alpinist – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə yoxa çıxıb.
Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.
Nazirlikdən Yenicag.az-a bildirilib ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib.
Əraziyə helikopter göndərilib.