Azərbaycanda 3 dövlət qurumu ləğv edilib

axar.az1389626134ilhamQiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanda bildirilir.

Fərmanda deyilir ki, Palatanın Nizamnaməsi qüvvəyə mindiyi gündən və yuxarıda adları qeyd edilən qurumların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.

Qeyd edək ki, palatanın Direktorlar Şurasının 5 üzvü olacaq.

Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılır:

İşçi qrupunun rəhbəri

Rüfət Aslanlı – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

İşçi qrupunun üzvləri

Asim Məmmədov – “Xalq Bank” ASC-nin Müşahidə Şurasının sədri

Cəlal Qasımov – “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri

Faiq Hüseynov – “Unibank” ASC-nin İdarə Heyətinin sədri

Rövşən Cavadov – Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru

Zəka Mirzəyev – Azərbaycan Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.