!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 3 hakim işdən çıxarılıb

!Reklam – Yazi

“Bir neçə il əvvəl həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək Plenumun müzakirəsinə çıxarılıb və əhatəli qərar qəbul edilib. Həmçinin məhkəmələrə İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həbsə alternativ qətimkan tədbirlərinin geniş tətbiqi tövsiyə edilib”.

Yeniçağ.az xəbər verir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov AzərTac-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu sahədə kobud pozuntulara görə 30-dək hakim və prokurorluq işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:

“Məhkəmə-Hüquq Şurasının ötən ay keçirilmiş iclasında isə insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılıb, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi bildirilib. Lakin məhkəmə təcrübəsinin təhlili bu sahədə pozuntuların tam aradan qaldırılmadığını, habelə cəza siyasətinin dövlətimizin başçısının humanizm prinsipləri ilə uzlaşmadığını göstərib. Bununla əlaqədar Sərəncamda verilmiş tövsiyələrin icrası məqsədilə hazırda Ali Məhkəmə tərəfindən bu sahədə məhkəmə təcrübəsi və bütövlükdə cəza siyasəti təhlil olunaraq ümumiləşdirilir və nəticələrin tezliklə geniş müzakirəsi nəzərdə tutulur”.

Nazir əlavə edib ki, prezidentin humanizm dəyərlərindən irəli gələn tapşırıqlarından biri də cinayət qanunvericiliyinin yenidən nəzərdən keçirilməklə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə yeni qanun layihələrinin hazırlanmasıdır:

“Bununla əlaqədar qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Artıq Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin birgə işçi qrupu tərəfindən müvafiq qanunvericilik layihələri hazırlanır”.

Yeniçağ.az

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv