Azərbaycanda 37 məktəb, 60 sinif distant təhsilə keçdi

Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 8 olub. 

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, koronavirus səbəbindən distant təhsilə keçirilən məktəblərin sayı isə 7 olub. Koronavirus səbəbindən distant təhsildə olan 3 sinif əyani təhsilə keçirilib.

Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 60, məktəb sayı isə 37 olub.