!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 3D animasiya qrafikası ilə sosial çarx hazırlandı - VİDEO

!Reklam – Yazi

Azərbaycanda 3D animasiya qrafikasından və teatr səhnələşdirilməsindən istifadə edilməklə “Playback: intihardan həyata atılan addım” layihəsi çərçivəsində sosial çarx hazırlanıb.

Yenicag.az xəbər verir ki, çarxda imtina edilən sevgisinə görə bütün hisslərini itirərək robota çevrilən və intihar həddində olan insan təsvir edilmişdir. Lakin improvizasiya üslubunda işləyən teatrla (Playback Theatre) təsadüfi tanışlığı hadisələrin mahiyyətini anlamağa imkan yaradır, başa düşür ki, təkcə o çətin həyat yaşamır və yenidən dünyaya baxa bilir.

Sosial çarx Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İcimai Birliyi tərəfindən hazırlanmışdır.

Rejissor Elşən Rüstəmov, layihənin rəhbəri isə Kamil Həmidovdur.

Sosial çarx “Playback: intihardan həyata atılan addım” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi həssas əhali qrupları işləyən dövlət qulluqçularının intihar riskini, psixoloji problemləri müəyənləşdirib onlara ilkin psixo-sosial dəstək vermələri, doğru yönləndirmələrin edilməsidir. Layihə çərçivəsində çarxın hazırlanması ilə yanaşı Bakı şəhərində, Quba və Şamaxı rayonlarında intihar psixologiyası mövzusunda psixoloqların təlimləri təşkil edilmiş, həssas əhali qrupundan olanlarla fərdi psixoloji konsultasiyalar keçirilmişdir.

“Addım” GİM İctimai Birliyi dəstək üçün Azərbaycan Respublikasının Gənclər Fonduna, Playback tamaşasının təşkili üçün isə müstəqil ŞAH MAT teatrının kollektivinə təşəkkür edir./1news/

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv