!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 4 piyada avtomobillə vurulub

!Reklam – Yazi

109337_res_01Sabirabad şəhərində rayon sakini Rasim Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Mənsurə Babayevanı və Ayna Abdullayevanı vurub.

Sürücü və piyadalar xəstəxanaya yerləşdirilib. A.Abdullayeva orada ölüb, digərlərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Mirsəməd Seyidov vurulub. M.Seyidova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəvai Vəliyev vurulub və o, xəstəxanaya yerləşdirilib.

Qeyd olunan hadisələrlə bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv