Azərbaycanda 46 yaşlı kişi meyiti aşkarlandı

Abşeron rayonunda kişi meyiti aşkarlanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qobu qəsəbəsində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.