Azərbaycanda 5 gün iş olmayacaq

61551_xmy01u18h531 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

Bu haqda Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Həmrəylik Günü, ilə əlaqədar 31 dekabr, 1-2 yanvar tarixləri qeyri–iş günü olacaq.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Müvafiq olaraq 2016-ci il 2 və 3 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq. 6 günlük qrafiklə işləyənlər üçün 4, 5 günlük qrafiklə işləyənlər üçün 5 gün tətil olacaq.