Azərbaycanda ağır qəza: 5 nəfər xəsarət aldı

Yevlax-Bərdə yolunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

Yenicag.az xəbər veriri ki, hadisə yolun 9-cu kilometrliyində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər – Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü S.İsmayılov, Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Z.Aslanov, Ağdam rayon sakini, 1979-cu il təvəllüdlü S.Rzaquliyeva, Goranboy rayon sakini, 1953-cü il təvəllüdlü T.Aslanova və daha bir qadın xəsarət alıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.