Azərbaycanda ağır qəza: 8 yaralı – Siyahı

Sabirabadda “Mersedes” markalı mikroavtobusla “KamAZ” markalı yük maşının toqquşması nəticəsində 6-sı qadın olmaqla, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Yaralıların siyahısını təqdim edirik:

Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;

Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri;

1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı;

1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı;

1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı;

1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı;

1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu

1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı;

1963-cü il təvəllüdlü Cəfərova Zinaida.