Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda ağır qəza - Ölən və yaralanan var

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Fin qəsəbəsi ərazisində Bərdə rayon sakini İ.Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda dönmə əməliyyatı edən qəsəbə sakini S.Vəliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə vurub.

Nəticədə S.Vəliyev xəstəxanaya aparılarkən yolda ölüb, İ.Məmmədovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Füzuli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

4376