!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ağır qəza - Traktorla məktəblini vurub qaçdı

!Reklam – Yazi

Yevlaxda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndi ərazisində baş verib. Naməlum sürücü idarə etdiyi traktorla kənd sakini, 2003-cü il təvəllüdlü, 9-cu sinif şagirdi Zeynalov Zabit Adil oğlunu vurub hadisə yerindən qaçıb.

Yaralı ağır kəllə-beyin travması ilə ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda sürücünün tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır./Trend/

www.yenicag.az

9555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv