Azərbaycanda ağır yol qəzası baş verdi: Ölən və yaralananlar var

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/