Azərbaycanda ağır yol qəzası – Ölən var

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, minik avtomobili maneyəyə dəyərək aşıb. Daha sonra avtomobil yanmağa başlayıb.

Sürücü 1968-ci il təvəllüdlü Bayramov Nəbi Məmmədəli oğlu avtomobildən xilas edilsədə, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır./Report/