Azərbaycanda ağır yol qəzası – Ölən və yaralananlar var – FOTO

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində qeydə alınıb.

Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn “VAZ-2106” ilə toqquşub. Qəza nəticəsində BMW-nin sürücüsü dünyasını dəyişib. Maşında Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qəbələ Müalicə Diaqnostika Mərkəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/