Azərbaycanda ailə faciəsi: 3 uşaq anası intihar etdi

Tovuz rayonunda intihar hadisəsi qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Qovlar şəhərində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Ülviyyə Arif qizi Həsənova özünü zəhərləyərək intihar edib. Hadisənin səbəbləri hələki məlum deyil.

Qeyd edək ki, qadın ailəli olub və 3 uşağı var.

Faktla bağlı araşdırma aparılır.