!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ailə faciəsi: 3 və 5 yaşlı qardaşlar yanğında öldü

!Reklam – Yazi

Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb.

Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq – 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Report

www.yenicag.az

2594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv