Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 11,5% artıb

2024-cü ilin oktyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7% artaraq 789,7 min olub.

Bu barədə Yenicag.az -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı 11,5% artaraq 51 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 3,8% artaraq 212,2 təşkil edib.

COP29