Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlandı

Bu il fevralın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3% artaraq 713,8 minə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 1,3% artıb və 40,5 min olub. Ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 188,5 min olub.