“Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planında aparıcı ali təhsil müəssisələrində Rəqabət qanunu fənni üzrə tədrisin başlanılması nəzərdə tutulub”.
Yenicag.az xəbər verir ki, bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
“Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra başqa ali təhsil müəssisələri ilə aktiv dialoqdayıq”, – deyə o əlavə edib.