Azərbaycanda alkoqolizmdən xəstələnənlərin SAYI

Azərbaycanda alkoqolizm və alkoqol psixozu ilə xəstələnənlərin sayı azalıb.

Yenicag.az-ın məlumatına görə, 2019-cu ildə ölkənin müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu ilə xəstələnənlərin sayı 16 387 nəfər olub. 2018-ci ildə isə bu göstərici 20 401, 2017-ci ildə 21 364, 2000-ci ildə 19591 nəfər olub.

2019-cu ildə 515 nəfərə alkoqolizm və alkoqol psixozu diaqnozu ilk dəfə qoyulub. Ölkədə əhalinin hər 100 min nəfərindən 164,7 nəfəri alkoqolizm və alkoqol psixozundan əziyyət çəkir.