Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb.
Müxtəlif bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir.
Hazırda qəzanın səbəbləri araşdırılır.