Azərbaycanda ana və körpələri dəm qazından zəhərləndi

Ötən gecə Qazax rayonunda ana və iki körpəsi dəm qazından zəhərlənib.

Yenicag.az xəbər verir ki, Qarapapaq kənd sakinləri: 1995-ci il təvəllüdlü Türkan Yusifova, onun 4 yaşlı qızı Damla və 3 yaşlı oğlu Yusif zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.