Azərbaycanda araq içən şəxs görmə qabiliyyətini itirdi

Goranboy rayonunda 42 yaşlı kişi spirtli içki qəbul etdikdən sonra görmə qabiliyyətini itirib.

Yenicag.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Rəşad Fazili adlı şəxs spirtli içki qəbul edib və bir neçə saat sonra onun gözlərində problem yaranıb və görmə qabiliyyətini itirib.

Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilən 42 yaşlı şəxsin müalicəsi davam edir.