Azərbaycanda araq və pivə istehsalı artdı

Ötən il Azərbaycanda araq istehsalı 1,6 milyon dekalitr təşkil edib.

Yenicag.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 237,5 min dekalitr və ya 16,7% çoxdur.

Yanvarın 1-nə olan məlumata görə, araq istehsalında ölkədə hazır məhsul ehtiyatı 164,7 min dekalitr təşkil edib.

2024-cü il ərzində Azərbaycanda pivə istehsalı isə 5,3 milyon dekalitr olub. Bu, bir il əvvələ nisbətən 55,4 min dekalitr və 1,1% çoxdur.

Bu ilin yanvarın 1-nə olan məlumata görə, pivə istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 317,8 min dekalitr təşkil edib.