Azərbaycanda artan yeraltı təkanlar: Güclü zəlzələ gözlənilir?

“Hər gün zəlzələ olur, ötən gecə 36, ondan öncəki gecə isə 31 yeraltı təkan qeydə alınıb”.

Yenicag.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O bildirib ki, bu o demək deyil ki, yeraltı təkanlarda oyanma var:

“Onların içərisində zəif dərəcədə hiss olunanları olur. 100 nəfərdən biri bu yeraltı təkanları hiss edər, ya etməz. Azərbaycanda qorxulu bir zəlzələ gözlənilmir. Əksinə, yeraltı təkanların belə – üç bala yaxın, üç bal gücündə xırda-xırda qeydə alınması yaxşıdır”.

“Son günlərdə Zaqatala, Balakən, Salyan, Mingəçevir tərəflərdə üç bal gücündə zəlzələlər olmuşdu”, – deyə Q.Yetirmişli qeyd edib.