Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 68,3 mln. ton yük, 777 mln. sərnişin daşınıb.

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyd oolunan göstəricilər üzrə müvafiq olaraq 11,3% və 23,6% artım qeydə alınıb.

“Sərnişinlərin 94,2%-i avtobus, 5,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 17,9%, sərnişin dövriyyəsi isə 22,9% artıb”, – məlumatda qeyd olunur.