!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda axtarışda olanlar İranda konfransda: "Dostluq, qardaşlıq, əməkdaşlıq gözləməməliyik" - ŞƏRH

!Reklam – Yazi

“İran son dönəmlər beynəlxalq güclərin sanksiyaları ilə sıxışdırılır, eləcə də Avropa üçün strateji mövqedə yerləşən qonşu Azərbaycanla açıq-aşkar konfliktə girməyin ona ziyan edəcəyini yaxşı bilir”.

Bu fikri İranın paytaxtı Tehranda keçirilən konfransda “Hüseyniyyun” (Hüseynçilər) terror təşkilatının axtarışda olan və Azərbaycanda onlara cinayət işi açılmış üzvlərinin iştirakını, İranın Azərbaycana qarşı mövqeyini şərh edən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında səsləndirib.

Tural Abbaslı bildirib ki, İran Azərbaycanı nə dünən, nə bu gün həzm edə bilmir:

“1918-ci ildə belə İran Azərbaycanın müstəqilliyini tanımaq istəməyib. Hər zaman Azərbaycanı özünün tərkib hissəsi kimi görüb. Ancaq İran son dönəmlər beynəlxalq güclərin sanksiyaları ilə sıxışdırılır, eləcə də Avropa üçün strateji mövqedə yerləşən qonşu Azərbaycanla açıq-aşkar konfliktə girməyin ona ziyan edəcəyini yaxşı bilir. Ancaq bu o demək deyil ki, İran öz imperialist düşüncəsindən və Azərbaycanı öz təsiri altına almaq arzusundan imtina edib. Azərbaycan daim ayıq-sayıq olmalıdır. Biz heç bir zaman gözübağlı İrandan dostluq, qardaşlıq, əməkdaşlıq gözləməməliyik.

Tehranda keçirilən konfransda Azərbaycanda haqlarında cinayət işi açılmış adamların iştirak etməsi, İranın Azərbaycanın hüquq mühafizə orqanlarının yuristiksiyasını tanımadığını göstərir. İran hər vəclə Azərbaycanı tanımadığını demək istəyir. Beynəlxalq qanunlar var, cinayətkarların qarşılıqlı təhvil verilməsi haqqında razılaşmalar var. Hazırki məqamda İranın Azərbaycana siyasi hücumu və bu hücumun xalq, iqtidar və müxalifət birliyi tərəfindən dəf edilməsi İrana pis təsir edib. Belə xırda şeylərlə Azərbaycana cavab vermək istəyirlər. Əslində buna mətbuat səviyyəsində yox, rəsmi şəkildə cavab verilməlidir. Azərbaycan XİN nota verməlidir və İranın Azərbaycandakı səfiri XİN-ə dəvət olunmalıdır, bu barədə narahatlıq onlara çatdırılmalıdır. Əgər ən xırda belə nüansı diqqətə almasaq, bu artan istiqamət üzrə davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv