Azərbaycanda azyaşlı bacılar dərman içərək zəhərləndilər

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Xosrov kəndində baş verib.

Evdə nəzarətsiz qalan 2016 və 2019-cu il təvəllüdlü bacılar dərman içiblər. Xəstəxanaya çatdırılan uşaqlara tibbi yardım göstərilib və onlar evə buraxılıblar.