Azərbaycanda azyaşlı uşaq binadan yıxıldı

Goranboyda üç yaşlı oğlan uşağı binadan yıxılıb.

Yenicag.az xəbər verir ki, hadisə yeni köçkün şəhərciyi bina 4 mənzil 21-də baş verib. Ehtiyatsızlıq nəticəsində 2020-ci il təvəllüdlü Novruzəliyev Əli Musa oğlu çoxmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb.

Dərhal rayon xəstəxanasına çatdırılan yaralı körpə ilkin tibbi yardım aldıqdan sonra təcili Gəncədəki klinikalardan birinə köçürülüb. Vəziyyəti ağır olaraq qiymətləndirilir. /Teleqraf/