!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda azyaşlının qəfil ölümü - Qızdırma, yoxsa vurulan sistem... -FOTO

!Reklam – Yazi

Balakən rayonunda azyaşlı oğlan vəfat edib.

Yenicag.az xəbər verir ki, Balakən şəhər sakini, Tural Mahatovun 10 yaşlı oğlu Turan qəfil ölüb. Azyaşlının qızdırması yüksəlib və o, Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada müayinə edilib və ona sistem vurulub. Sistem köçürüldükdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. T. Mahatovun vəziyyəti pisləşdiyi üçün onu təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı T. Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da ölüb.

Qeyd edək ki, Turan orta məktəbin dördüncü sinfində oxuyurdu.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv