Azərbaycanda baş həkimi hədələyib PUL İSTƏDİLƏR

Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.

Yenicag.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumatına görə, hadisə Ucar rayonunda baş verib.

Ucar Rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etməsini bildirib.

Daxil olan şikayət əsasında Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.