Reklam

Reklam

Bu il Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 376 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 505 nəfər olub. Onlardan 162 nəfəri ölüb, 343-ü isə xəsarət alıb. Hadisələrin 35,1 faizi gündüz, 37,2 faizi gecə, 27,7 faizi isə toran vaxtı baş verib, 26,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 91,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ölənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 136 nəfər, xəsarət alanların sayı isə 15,0 faiz azalaraq 328 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 53,2 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 31,1 faizi (14,6 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 15,7 faizi (21,3 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 80,9 faizini, xəsarət alanların isə 79,0 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib, nəticədə 8 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Belə hadisələrin 72,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2018-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 786,2 min olub.

Xətaların 50,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çox), 13,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (47,2 faiz çox), 12,6 faizi dayanma və ya durma qaydalarının pozulması (12,0 faiz çox), 10,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,4 faiz az), 2,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (24,8 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 14,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1397
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."