Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.
Yenicag.az-ın məlumatına görə, bayram namazı məhdud sayda din xadiminin iştirakı ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidində həyata keçirilib. Pandemiya ilə əlaqədar olaraq bu il bayram namazı insanların kütləvi şəkildə məscidlərə toplaşması ilə keçirilməyib. Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq insanlar öz evlərində bayram namazı qılıb.
Bildirək ki, qılınan bayram namazı canlı olaraq televiziya və sosil şəbəkələr üzərindən yayımlanıb.
Qeyd edək ki, iyulun 31 və avqustun 1-də Azərbaycanda Qurban bayramı qeyd olunur.