!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda benzin bahalaşır? - Açıqlama/VİDEO 

!Reklam – Yazi

Gələn ildən etibarən Azərbaycanda benzin və dizel yanacağının qiymətinin artması ilə bağlı şayiələr dolaşmaqdadır. Bu da əhali arasında narahatlığa və çaşqınlığa gətirib çıxarır.

2019-cu ildə benzin və dizel yanacağında qiymət artımı gözlənilirmi?

Məsələyə aydınlıq gətirmək üçün Yenicag.az iqtisadçı-ekspert Vüqar Bayramova müraciət edib. Ekspert sualımızı belə şərh edib:

“Bütün ölkələrdə benzinin qiymətini bazar təyin edir. Bizdə isə Tarif Şurası müəyyənləşdirir. Buna görə də benzin və dizel yanacağında qiymət artımını proqnozlaşdırmaq çətindir. Deyə bilmərik ki, artım gözlənilir və yaxud da gözlənilmir. Hər halda qiymət artımını düzgün hesab etmirik. Gələn il benzin və dizel yanacağının qiymətinin artmasının tərəfdarı deyilik”.

V.Bayramov qiymət artımının arzuolunmaz olduğunu bildir:

“Bu arzuolunan da deyil. Çünki, neftinin qiyməti də yüksək deyil. Nəzər alsaq ki, kənd təsərrüfatı və nəqliyyat xidmətlərində dizel yanacağından daha çox istifadə olunur. Bu halda dizelin qiymətinin artması istehsal bazarında qiymət artımına gətirib çıxara bilər”.

Cəvahir

www.yenicag.az

8234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv