Azərbaycanda bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 974,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 70,9%, neft koksunun istehsalı 37,8%, qazoylların (dizel yanacağının) istehsalı 22,4%, avtomobil benzininin istehsalı 21,3% artıb, neft bitumu istehsalı 33,4%, mazut istehsalı isə 92,3% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri | 2023-cü ilin yanvar-avqust aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 951,2 | 121,3 | 22,1 |
Ağ neft, min ton | 384,2 | 107,5 | 42,3 |
Qazoyllar (dizel yanacağı), min ton | 1547,4 | 122,4 | 97,3 |
Mazut, min ton | 5,2 | 7,7 | 2,6 |
Sürtkü yağları, min ton | 40,0 | 170,9 | 4,7 |
Maye qazlar, min ton | 159,6 | 108,9 | 2,0 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 737,7 | 81,4 | 27,3 |
ondan: | |||
neft bitumu, min ton | 171,5 | 66,6 | 13,6 |
neft koksu, min ton | 160,7 | 137,8 | 13,5 |
/apa