Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Mətbuat Şurası və Azərbaycan Türkiyə Evinin birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, tədbirə Türkiyə, Avropa və Azərbaycandan millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri qatılacaq. Türkiyədən qırx nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gələcəklər.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin, Avrasiya Jurnalistlər Dərnəyinin qurucu sədri Murat Palavar və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.

21 iyul 2018-ci il, saat 10.00-da, “Qafqaz Bakı” Hotelində öz işinə başlayacaq Beynəlxalq Media Forumunun panellərində “Akşam” qəzetindən Emin Pazarcı, “Kanal 7″dən Mehmet Acet, İbrahim Erdoğan, “İnternet Haber”dən Hadi Özışık, “Hürriyət” qəzetindən Deniz Zeyrek, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ülkə TV”-dən Hasan Öztürk, “Kanal 24″dən Melik Yiğitel, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmacı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.

Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin maliyyə dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək Beynəlxaq Media Forumuna Azərbaycan Türkiyə Evi və İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası dəstək verir.

COP29