Azərbaycanda bəzi siqaretlər bahalaşıb

7

Azərbaycanda bu gündən topdan və pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb

“APA-Economics” xəbər verir ki, siqaretlərin qiymətində orta hesabla 10-20% artım müşahidə olunur.

Satıcıların sözlərinə görə, qiymət artımı bütün markalara şamil olunub. Artımın səbəbi açıqlanmır.

Qeyd edək ki, bu, son günlər ərzində ikinci qiymət artımıdır. Belə ki, avqustun 29-da da qiymət artımı baş verib. Həmin gün bəzi tütün məmulatları 10-20% bahalaşıb.