Abşeron rayon Mehdiabad qəsəbəsində məktəblərin birində biabırçı hadisə yaşanıb.
Yenicag.az xəbər verir ki, Mehdiabadda 4 saylı tam orta məktəbdə dərsə gecikən şagirdə müəllim məktəbin döşəməsini sildirdiyi iddia olunur.
Sonra şagirdin bacısı daha sensasiyalı iddia ilə çıxış edib:
“Müəllim bildirib ki, qardaşım növbəti dəfə dərsə geciksə, ona məktəbin sanitar qovuşağını sildirəcək.”
Bu barədə sosial şəbəkədə ictimai fəal Elyar İslamoğlu məlumat verib.