Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı azaldı

Azərbaycanda bir gündə koronavirusdan sağalanların sayı 517 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, Azərbaycanda 388 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib, 8 200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095, ötən müddət ərzində isə ümumilikdə 627 881 test aparılıb.