Azərbaycanda bir həftə ərzində yoluxma SAYI – ŞOK ARTIM

“Karantin rejiminin yumşaldılması ilə yoluxma sayı artıb”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Yaqut Qarayevaya görə, karantin qaydaları yumşaldılandan sonra vəziyyətin necə olacağı insanlardan asılıdır:

“11-17 may tarixləri arasında 755 yoluxma olub və bu, bir həftə üçün böyük nəticədir. Xəstə sayı artıqca, onlara yetəri qədər xidmət göstərmək çətin olacaq. Vətəndaşlar qaydalara əməl etməsə, vəziyyət yenidən pisləşə bilər”.

Gülşən Şərif