Azərbaycanda bir həftəlik Ramazan tətili başa çatdı

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başa çatıb.

Yenicag.az xəbər verir ki, tətil günləri mayın 16-da yekunlaşıb.

Beləliklə, bu gündən ölkə üzrə iş həftəsi başlayıb.

Qeyd edək ki, ölkədə qeyri-iş günləri Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan etibarən başlamışdı.

Bu müddət ərzində dövlət qurumları və ölkə ərazisində ictimai nəqliyyat işləməyib.

 

COP29